Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) ilə bağlı məhkəməyə müraciət edilib.
Tribunainfo.az xəbər verir ki, TƏBİB-lə bağlı iddianı Əliyev Emil Əli oğli qaldırıb.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.
İddiaçı sosial təminatı üzrə problem yaşadığı üçün TƏBİB-i məhkəməyə verib. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib.
2 dekabr tarixində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur.
Nigar Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.