TƏBİB məlumat YAYDI: Bu, müvəqqəti xarakter daşıyır

23.04.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur.

Milli.Az xəbər verir ki, yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır. 

Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью