TƏBİB Nizaməddin Şəmsizadə barədə məlumat yaydı

27.01.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TƏBİB professor Nizaməddin Şəmsizadənin son vəziyyətini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, yanvarın 23-ü Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü pasiyentin (kişi cinsli) vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Nizaməddin Şəmsizadə "Baku Medical Plaza"ya yerləşdirilib. Həkimlər ona sepsis diaqnozu qoyublar.

Hazırda o, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью