Təbib qəzetinin məsul katibi vəfat etdi | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin məsul katibi, şair, jurnalist Mənsur Ələkbərov vəfat edib.Bu barədə Modern.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.ATU rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.Mənsur Abbas oğlu Ələkbərov 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub.
1981-ci ildə orta məktəbi bitirib. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhs
1993-cü ildə həmin fakültəni poliqrafiya ixtisası üzrə başa vurub.
1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.
Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.Allah rəhmət eləsin.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu