TƏBİB rəhbərindən Qubadlı və Cəbrayılla bağlı AÇIQLAMA: Oradakı xəstəxanalar...

23.12.2024

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib”.

Moderator.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş sislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib:

“Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью