TƏBİB sədri onu işdən çıxardı FOTO

28.05.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Vaqif oğlu Kamilov işdən çıxarılıb.

Modern.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Sevinc Məmmədova icra edəcək.

S.Məmmədova ötən ilin iyun ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim-direktor müavini təyin olunmuşdu.

Xatıradaq ki, tibb üzrə fəlsəfə doktoru olan Emil Kamilov 2023-cü ilin noyabr ayında Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi və ixtisasca cərrahdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью