Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Pozulmuş aclıq qlükozası – qanda şəkərin normal səviyyədən yüksək, lakin diabet üçün diaqnostik həddən aşağı olması halıdır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, həkimlər bunu prediabetin xəbərdarlıq siqnalı hesab edirlər. Əgər vaxtında tədbir görülməzsə, gələcəkdə 2-ci tip şəkərli diabet riski əhəmiyyətli dərəcədə artır.
Risk faktorlarına artıq çəki, az fiziki aktivlik, qeyri-sağlam qidalanma, genetik meyllilik və yüksək qan təzyiqi daxildir.
Aclıq qan qlükoza testi insan 8-12 saat ərzində qida qəbul etmədikdən sonra aparılır. Bu test prediabet və diabetin aşkarlanmasında istifadə edilən əsas üsullardan biridir.
Sağlam həyat tərzi, balanslı qidalanma və stresin idarə olunması pozulmuş aclıq qlükozasının qarşısını almağın ən effektiv yollarındandır.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin