TƏBİB təmsilçisi: Qrip əleyhinə vaksinasiya həyata keçirilir

13.10.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin sentyabr ayından bu ilin yanvar ayına qədər tibb müəssisələrində 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

"Onlardan 4 min 431-i 18 yaşadək, 29 min 717-si 18 yaşdan yuxarı olan vətəndaşlardır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır. Bu, bizim üçün çox sevindirici haldır", - deyə Ədilova vurğulayıb. pizza mizza

Departament rəhbərinin sözlərinə görə, hər il payız-qış aylarında respirator virus infeksiyaları aktivləşir:

"Bu il Səhiyyə Nazirliyi müvafiq peyvəndlər alaraq ölkəmizə gətirib və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya prosesi oktyabr 8-dən tam təhlükəsiz və standartlara uyğun şəkildə həyata keçirilir”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью