Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Kəndlərdə tibb bacılarının evdə fəaliyyətinə icazə vermirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablayarkən deyib.
Onun sözlərinə görə, vətəndaşlar maarifləndirməlidir ki, evdə tibbi xidmət üçün həkim nəzarəti olmalıdır:
“Tibb bacısının hər hansı müdaxilə sonrasında şok əleyhinə vasitələri olmalıdır. Lakin evdə bu şəraiti yaratmaq mümkün deyil. Bu səbəbdən biz buna icazə vermirik”.
Zeynəb Rzayeva