TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək? AÇIQLAMA

03.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Bu qurumlar yaranıb, yeniliklər edilib. Əgər təkmilləşməyə ehtiyac olacaqsa, bu, cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir".

Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov TƏBİB və Səhiyyə Nazirliyinin birləşdirilməsi ehtimalından danışarkən deyib.

Deputat bildirib ki, bununla bağlı hökumət, dövlət hər hansısa qərar verəcək: "Dövlət strukturlarında islahatlar gedir. Həmçinin, regional sahədə də islahatların aparılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Hesab edirəm ki, bunlar hamısı kompleks şəkildə öz həllini tapacaq".

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью