Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstər tibb müəssisələrində elektron sistemin işləməməsi vətəndaşların tibbi xidmət almasını çətinləşdirib.
Mövcud sistemin çökməsi Xətai rayonundakı 38 saylı poliklinika, Abşeron Mərkəzi Xəstəxanası və Yeni Klinika, Mərkəzi Klinika da daxil olmaqla, bir neçə müəssisədə müşahidə olunur. Bəs elektron sistemin fəaliyyətində hansı problem yaranıb?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Cebheinfo.az"-a bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur:
"Fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir. İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür".
Qeyd edilib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır:
"Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: TƏBİB vətəndaşlar
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin