TƏBİBin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib AZƏRTAC

12.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 dekabr, AZƏRTAC

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavini və müşavirləri, eləcə də struktur bölmə rəhbərlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyaban ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью