Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.
SİA xəbər verir ki, komitə sədri Sadiq Qurbanov yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər diləyib.
O, iclasın gündəliyinə 5 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri, əvvəlcə, gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib.
Bildirilib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 18 məsələ müzakirəyə çıxarılıb.
Sadiq Qurbanov, ötən sessiya dövründə müzakirəyə çıxarılan bir sıra qanun layihələrinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu dövr ərzində 5 qanun layihəsi üç oxunuşda, 3 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.
Qeyd olunub ki, payız sessiyası dövründə komitə sədri və üzvləri xarici ölkələrdə və parlamentdə keçirilən beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak ediblər, KİV-lərdə və sosial şəbəkələrdə aktiv çıxış ediblər.
Tam oxu
Xəbəri oxu