Təbii fəlakət İspaniyada ÜDMin artımına mane olur AZƏRTAC

24.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Oktyabrda baş vermiş daşqınlar İspaniyada 4-cü rübdə ümumi daxili məhsulun (ÜDM) 0,2 faiz azalmasına səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu İspaniya Mərkəzi Bankənın sədri Xose Luis Eskriva bildirib.

Eskriva həmçinin qeyd edib ki, təbii fəlakət inflyasiyanın da 0,15 faiz artması ilə nəticələnə bilər.

Qeyd edək ki, oktyabrda İspaniyanın şərqində baş vermiş dağıdıcı daşqınlar nəticəsində 217 nəfər həlak olub, 90-dək şəxs itkin düşmüş sayılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью