Təbii fəlakət zamanı 50 metr sürüşən evə heç nə olmadı FOTO

10.03.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə təbii fəlakət nəticəsində yerini dəyişən ev görənləri heyrətə salıb.

Ölkə.Az “milliyet”ə istinadla xəbər verir ki, hadisə Artvinin Hopa rayonunda baş verib.

Məlumata görə, Hopa mahalının Ortahopa məhəlləsinin Kanlıdərə ərazisində dünən gecə saat 22:00 radələrində tədricən başlayan və bu gün səhərə qədər davam edən torpaq sürüşməsi nəticəsində Hikmət Kapucuya məxsus ikimərtəbəli ev 50 metr sürüklənib.
Sürüşmə zamanı evin konstruksiya bütövlüyünə ziyan dəyməməsi təəccüb doğurub.

Xoşbəxtlikdən təbii fəlakət zamanı evdə heç kim olmayıb.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью