Icma.az bildirir, Demokrat.az portalına istinadən. 2004-cü ildən bəri təbii fəlakətlərin tezliyi üç dəfə artıb.
Bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeyev deyib.
O, “Report”a açıqlamasında bildirib ki, regionda təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq zəruridir.
Nazir beynəlxalq maliyyə institutlarının vahid maliyyələşdirmə proqramı çərçivəsində ümumi problemin təsirinə məruz qalan ölkələr qrupu ilə işləməsini daha əlverişli hesab edir.Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında qırğız nazirin fikirlərinə münasibət bildirib.
Ekspert söyləyib ki, dünyada təbii fəlakətlər olub və olacaq, bu, təbii prosesdir:“Planetin öz qayda-qanunları var.
Planet təbii fəlakətlər nəticəsində yaranıb, bu prosesin qarşısını almaq mümkün deyil.
Vaxt olub ki, Yerə minlərlə asteroid düşüb, Yer üzü bombardman olub.
İndi təbii fəlakətlər azalıb, bəzi heyvanların nəsli kəsilib, okeanların suyu daha stabil olub.