Təbii ki, bir qədər məyusuq, amma... Can Pyero Qasperini

11.12.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda evdə "Real Madrid"ə 2:3 hesabı ilə məğlub olan "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini məğlubiyyəti  dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, "Football Italia" onun sözlərini belə çatdırıb:

"Hər iki komanda futbol oynamaq istəyirdi. Nə qəsdən vaxt uzadan oldu, nə də simulasiya edən. Komandalar öz guclu tərəflərindən istifadə edərək qalib gəlmək istəyirdilər. Bu, möhtəşəm futbol idi. Təbii ki, biz bir qədər məyusuq, amma belə matçlardan cox şey oyrənəcəyik. Sadəcə, oyunumuzda xırda detallar catışmır. Lakin biz böyük çempionlara qarşı cəsarətlə oynadıq. Biz hesabda məğlub olduq, oyun planında yox. Bu bizim irəliyə doğru addım atmağımıza kömək olacaq". 

Rafael 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью