Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hazırda onkoloji yardım ancaq ixtisaslaşmış dövlət tibb müəssisələrində həyata keçirilir.
Amma qanunvericiliyə təklif olunan dəyişiklikdə onkoloji yardımın özəl müəssisələrdə də göstərilməsi öz əskini tapıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirib.
A.Vəliyev qeyd edib ki, dəyişiklikdə onkoloji yardımın özəl tibb müəssisələrində hansı vəsait hesabına qarşılanması məsələsi də öz əksini tapıb: “Özəl tibb müəssisələri təbii ki, bunu ödənişsiz həyata keçirməyəcək.
Eyni zamanda istəsələr, könüllü şəkildə bu işi pulsuz həyata keçirə bilər. Təbii ki, könüllü sığorta sistemi işə düşəcək.
Ən əsası isə pasiyentlər həmin müəssisənin rəhbərliyi ilə müqavilə bağlayaraq qarşılıqlı şəkildə razılıq əsasında müalicə və müayinə oluna bilər”.
Nuranə Daxilqızı Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.