Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.
Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 5.58% dəyər itirərək 2.6400 ABŞ dollarına bərabər olub.
Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 4.23% artaraq 93.86 avroya bərabər olub.