Təbriz Bakı Məşhəd marşrutu üzrə ilk müntəzəm aviareys həyata keçirilib

19.07.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın milli aviadaşıyıcısı “Homa” aviaşirkəti Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm reysi həyata keçirib.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edilib kli, bu gündən etibarən hər bazar günü həyata keçiriləcək reys iki ölkə arasında hava əlaqələrini gücləndirmək məqsədilə təşkil olunub.

“Homa” aviaşirkəti bununla yanaşı, bazar ertəsi və cümə axşamı günləri Tehran–Bakı və Bakı–Tehran marşrutları üzrə də müntəzəm reyslər həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью