Təbriz Bakı Təbriz aviareysi bərpa oluna bilər

01.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Şərqi Azərbaycan vilayətinin qubernatoru Bəhram Sərmast Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanlarının nəzərdən keçirildiyini açıqlayıb.

Oxu.Az İran KİV-nə istinadən məlumat xəbər verir ki, bu barədə Bəhram Sərmast Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə görüşdə danışıb.

Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью