Təbriz klubundan möhtəşəm qələbə Çempionluğa doğru daha bir addım

04.04.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün İran Premyer Liqasının növbəti turunun oyunları keçirilib.
Modern.az xəbər verir ki, Təbrizin “Traktor” futbol klubu öz meydanında Tehranın “İstiqlal” komandasını qəbul edib.

Təbrizdəki Yadigar İmam stadionunda keçirilən oyun “Traktor” üçün ən vacib matçlarından biri idi.

“Traktor” klubu möhtəşəm azarkeş atmosferində “İstiqlal”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq çempionluğa daha bir addım yaxınlaşıb.
“Traktor” qalan 5 matçda da qalib gəlsə, İran Premyer Liqasının 24-cü mövsümünün çempionu olacaq.
Təbriz şəhərini futbol səhnəsində təmsil edən “Traktor” komandasını xorvatiyalı məşqçi Draqan Skoçiç çalışdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью