Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün İran çempionatında növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, turnir cədvəlinin lideri olan Təbrizin “Traktor” komandası 24-cü oyununda Tehran təmsilçisi “İstiqlal”ı qəbul edib. Matçda hesabı 12-ci dəqiqədə Xəlilzadənin qolu ilə qonaqlar açsa da, meydan sahibləri elə birinci hissədə matçın taleyini həll edən qolları vurublar. 23 və 37-ci dəqiqələrdə Hosseynzadə fərqlənib.
Beləliklə, matç “Traktor”un 2:1 hesablı qələbə isə yekunlaşıb.
Bu matçdan sonra Təbriz təmsilçisi 24 oyundan 54 xalla liderlik mövqeyini qoruyur. İkinci pilləni tutan İsfahanın “Spehan” komandası “Traktor”dan 5 xal geri qalır (24 matçdan 49 xal).