Təbriz komandasından Tehran təmsilçisi üzərində vacib qələbə

05.04.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İran çempionatında 24-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Təbriz klubu “Traktor” da növbəti matçına çıxıb.

"Qurdlar" doğma "Səhənd" stadionunda “Esteqlal"ı sınağa çəkib. Cənubi Azərbaycan təmsilçisi Tehran komandasını məğlub edib – 2:1.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektivin heyətində Əmirhüseyn Hüseynzadə dubla (23 və 37-ci dəqiqələr) imza atıb. “Qurdlar”ın müdafiəçisi Şoca Həlilzadə 12-ci dəqiqədə avtoqol müəllifi olub.

“Traktor” bu qələbə sayəsində xallarının sayını 54-ə çatdıraraq liderliyini möhkəmlədib. Təbrizlilərin ən yaxın rəqibi “Sepahan”ın 49 xalı var.

Qeyd edək ki, İran çempionatında mövsüm 30 turdan ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью