Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 dekabr, AZƏRTAC Təbrizin “Nasr” və “Asaxəbər” qəzetlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Təbrizdəki baş konsulluğu tərəfindən hazırlanan məqalədə qeyd olunur: “1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrdə baş verən tənəzzülün qaşısını aldı.
Məhz onun sayəsində milli iqtisadiyyatımız sürətli və davamlı inkişaf yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyev otuz ildən artıq bir dövrdə xalqımızın rifahı naminə misilsiz xidmətlər göstərib, yenicə müstəqilliyini bərpa edən respublikamızı parçalanmaqdan xilas edib”.
Təbrizli oxucuların diqqətinə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük və danılmaz xidmətləri var.
Dahi siyasətçi müasir və müstəqil Azərbaycan dövlətinin qurucusudur.
Belə ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü və ən şanlı səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.