Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın futbol çempionatında 15-ci turun oyunları keçirilib.
Güney Azərbaycanın rəmzi “Traktor” dünən Xuzistan “İstiqlal”ını darmadağın edib – 3:0. Təbrizlilər bu qələbədən sonra 32 xalla zirvədəki yerini qoruyub.
Eyni xala malik İsfahan “Sebahan”ı 2-ci, 29 xal toplyan “Persepolis” (Tehran) isə 3-cü yerdə qərarlaşıb. Növbəti turun oyunları yanvarın 20-21-də keçiriləcək. “Traktor” yanvarın 21-də “Mis Rəfsəncan” komandasını qəbul edəcək.
“Football-plus.az” xəbər verir ki, dünənki oyunda təbrizli azarkeşlər komandanı çılğıncasına dəstəkləyib. Onlar “biz vətən aşiqi, yoxdu bakımız (qorxumuz), Azərbaycana qurbandı canımız, Vətən bizə ana, Biz əsgərik ona” kimi şüarlar səsləndirib.