Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təbrizdə benzin böhranı dərinləşir.
Bakıvaxtı.az xəbər verir ki, İranın Təbriz şəhərində benzin təchizatı ilə bağlı yaranan çətinlik günü-gündən daha da kəskinləşir.
Ərazidən daxil olan məlumatlara görə, yanacaqdoldurma məntəqələrinin qarşısında, xüsusilə günün səhər saatlarında uzun avtomobil növbələri yaranmaqda davam edir. Müşahidələr göstərir ki, benzinin çatışmazlığı və təchizatdakı ciddi axsamalar sürücülərin saatlarla növbələrdə gözləməsinə səbəb olur.
Yanacaq böhranının səngiməməsi gündəlik gediş-gəliş üçün avtomobildən istifadə edən vətəndaşların hərəkətini məhdudlaşdıraraq şəhərdə ciddi narahatlıq yaradıb.