Təbrizdə elektrik çatışmazlığı İstehsalat müəssisələri iflic olur

22.06.2026

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Təbriz və ətraf bölgələrə elektrik enerjisinin verilişində uzun müddətli kəsintilər olur.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, bu kəsintilər əvvəlcədən xəbərdarlıq edilmədən Tehran Dispetçer Mərkəzi tərəfindən həyata keçirilir.

Bildirilib ki, bu, müəssisələr və istehsal bölmələrinin gündəlik fəaliyyətində problemlər yaradıb, vətəndaşlar arasında narazılığa səbəb olub.

İndiyə qədər bu kəsintilərin səbəbi və abunəçilərin necə məlumatlandırılacağı barədə heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu il İranda təxminən 12.000 meqavat elektrik enerjisi çatışmazlığı olacağı proqnozlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью