Təbrizdə İranın iki döyüş təyyarəsi vuruldu

01.03.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

İsrail ordusu ABŞ ilə birgə həyata keçirdiyi hücum zamanı İranın iki döyüş təyyarəsini vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında deyilir.

Məlumata görə, İsrail ordusu Təbriz hava limanında uçuşa hazırlaşan iki F-5 və F-4 qırıcı təyyarəsini zərərsizləşdirib.

Eyni zamanda, bu hücumun İran Hərbi Hava Qüvvələrinin və ölkənin hava hücumundan müdafiə sistemlərinin əməliyyatlarını zəiflətmək üçün həyata keçirildiyi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью