Təbrizdə Muğam Festivalı keçirilir

15.04.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təbriz şəhərində beşinci Milli Muğam Musiqi Festivalı keçirilir.

525.az xəbər verir ki, qarmon və qanun bölmələrində musiqiçilərin çıxışlarının üçüncü günü Təbriz Media və İncəsənət Şəhərciyində baş tutub.
Festivalın bu buraxılışında iştirakçılar iki yaş kateqoriyasında: A yaş kateqoriyası;  9-17 yaş və B yaş kateqoriyası; 18-45 yaş arası olmaqla ölkənin 8 vilayətindən və 28 müxtəlif şəhərindən 352 əsər təqdim ediblər. Əsərlərdən 139-u canlı ifaların final mərhələsinə yüksəlib.
Xatırladaq ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Tehran, Əlborz, Şimali Xorasan, Həmədan və s. vilayətlər bu festivalda iştirak ediblər.
Tədbirin bağlanış mərasimi aprelin 17-də olacaq.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью