Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Təbriz neft emalı zavodunda partlayış baş verib.
APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 8 nəfər yaralanıb.
Şərqi Azərbaycan vilayətinin Böhran Vəziyyətlərində İdarəetmə Baş direktoru deyib ki, Təbrizdəki partlayışlar bölgədə partlamamış İsrail hərbi sursatlarının zərərsizləşdirilməsi zamanı baş verib.