Təbrizdə partlayış xəbərlərinə Şərqi Azərbaycan Valiliyindən REAKSİYA

31.01.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Təbrizdə partlayış olmayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə IRNA Şərqi Azərbaycan Valiliyinin Böhran İdarəsinə istinadən məlumat yayıb. İdarə Təbrizdə partlayış baş verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

“Aparılan araşdırmalar göstərir ki, bu xəbərlər doğru deyil”, - məlumatda qeyd edilib.

Tehran yaxınlığında partlayışla bağlı məlumatlar da təkzib edilib.

Bildirilib ki, Şur çayı boyunca quru qamışlıqlarda yanğın baş verib. Yerli rəsmi bildirib ki, vətəndaşların narahat olmasına heç bir səbəb yoxdur və yanğın səhlənkarlıq və ya quru ağacları yandıran şəxslərin hərəkətləri nəticəsində baş verib.(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью