Təbrizdə polis idarəsinə silahlı hücum

22.07.2025

Icma.az bildirir, Tribuna portalına istinadən.

İranda son günlər müəmmalı partlayışlar və yerli hüquq-mühafizə orqanları ilə silahlı toqquşmaların sayı artıb.

Tribunainfo.az xəbər verir ki, rəsmi qurumlar hadisələri “qaz sızması”, “səhlənkarlıq nəticəsində partlayış” kimi təqdim edirlər.

Lakin durumun fərqli olduğu baş verən olaylardan da aydın görünür. Dünən məlum olub ki, Təbriz şəhərində yerləşən polis idarələrindən birinə silahlı hücum olub. Ardından isə idarənin binasında partlayış baş verib.

Bu addımın kimlər və ya hansı təşkilatlar tərəfindən atıldığı barədə məlumat yoxdur. Amma rəsmi Tehran məlumatı təkzib edərək, belə bir halın olmadığını bildirib.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью