Təbrizdə qəza Təyyarə hava limanına çırpıldı

01.11.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu gün səhər Təbriz hava limanının uçuş-enmə zolağına eniş edərkən idarəetməni itirən yüngül təyyarə hava limanına bitişik binalardan birinə dəyib.
Bakupost.az Güney Azərbaycan “Telegram” kanallarına istinadən bildirir ki, təyyarənin zədələndiyi qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qəzadan dərhal sonra Təhlükəsizlik və Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi hadisə yerinə gələrək yanacaq sızmasının qarşısının alınması və təyyarənin alışmasına qarşı tədbirlər görüb.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью