Təbrizdə “Traktorsazi”nin oyununu 90 min azarkeş izlədi

18.02.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Təbrizin “Traktorsazi” klubu Asiya Çempionlar Liqasında (ÇL) növbəti mərhələyə yüksəlib.

Teleqraf xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 1/8 final mərhələsinin təkrar oyunda öz meydanında Bəhreynin “Əl-Xaldiya” klubu ilə heç-heçə edib -3:3.

İlk oyunda səfərdə 2:1 hesabı ilə rəqibini məğlub edən “Traktorsazi” iki görüşün nəticəsinə görə (5:4) 1/4 finala yüksəlib.

Oyunun keçirildiyi Təbrizin “Səhənd” stadionunda böyük azarkeş ordusu olub. Klubun rəsmi səhifəsində yer alan məlumata görə, “Traktorsazi”nin oyununu təxminən 90 min azarkeş izləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью