Təbrizdə yaşayış binasında partlayış: 4 ölü var KONKRET

07.12.2024

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bunu Təbriz Yanğınsöndürmə İdarəsinin rəsmisi Əkbər Dəşti yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verən partlayış nəticəsində indiyədək 4 nəfər ölüb: “Hazırda binada axtarış-əməliyyat tədbirləri davam etdirilir”.

İdarə rəsmisi partlayışın hansı səbəbdən baş verdiyinə aydınlıq gətirməyib.

Faktla bağlı araşdırma aparılır.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью