Təbrizdəki SEPAH qərargahı yerlə yeksan OLDU

05.03.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Təbrizdəki qərargahı hava hücumu nəticəsində tamamilə dağıdılıb.

"Cebheinfo.az" bu barədə teleqram kanallarına istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehranı və ölkənin ən böyük şəhərlərindəki hərbi obyektləri hədəf alıb. Zərbələrdən dərhal sonra İslam İnqilab Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib.

Məlumata görə, İran İsrailə və Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına raket, o cümlədın  Naxçıvana  dronlar atıb.

İsrail və ABŞ-nin hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.

2 martda "Hizbullah" da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücumun başlandığını elan edib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью