Təbrizin “Traktor” klubu vacib qələbə qazandı

04.04.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor” komandası evdə “Esteqlal Tehran”ı məğlub edib – 2:1

Təbriz təmsilçisinin heyətində Əmirhosseyn Hosseynzadə dubla (23 və 37-ci dəqiqələr) imza atıb. “Qurdlar”ın müdafiəçisi Şoca Həlilzadə 12-ci dəqiqədə avtoqol müəllifi olub.

“Traktor” xallarının sayını 54-ə çatdıraraq liderliyini möhkəmlədib.

Onların ən yaxın rəqibi “Sepahan”ın 49 xalı var.

Qeyd edək ki, İran çempionatında mövsümün bitməsinə 6 tur qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью