Təbrizli təqaüdçülər yenidən etiraz aksiyası keçirdilər

17.11.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu gün noyabrın 17-i səhər saatlarınd İran Telekommunikasiya Şirkətinin Təbriz şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda Azad İşçi Hərəkatı məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью