Təbrizli tibb işçiləri etiraz aksiyası keçirdilər

29.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ötən gün Təbriz Sağlamlıq Mərkəzinin işçiləri Təbriz Tibb Elmləri Universitetinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Əllərində plakatlar tutan etirazçılar əmək haqqı ayrı-seçkiliyinin aradan qaldırılmasını, ödənişlərdə ədalətin təmin edilməsini və məişət problemlərinin həll olunmasını tələb ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью