Təbrizlilər Amuliyə İlham Əliyev və Ərdoğanın plakatları ilə cavab verdi FOTOLAR

09.01.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ərdəbilin cümə imamı Həsən Amulinin və onun əlaltılarının Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrindən sonra Güney Azərbaycan Milli Hərəkatının fəalları hər iki dövlət başçısının şəkilləri və Güney Azərbaycan Milli Hərəkatının təşviqat bayrağı olan posterləri Təbriz şəhərinin müxtəlif yerlərində nümayiş etdiriblər.
Demokrat.az
xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” sözləri yazılıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью