Təcavüz edilən yeniyetmə oğlan özünü öldürdü Bakıda dəhşətli olay | Icma.az
Icma.az, Manset portalına istinadən məlumat yayır. Bakıda tükürpədən cinayət baş verib.
Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb.
Söhbət yeniyetmə yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir.
İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb.
Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.
Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb.
Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb.
Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb. Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Tam oxu
Xəbəri oxu