Təcavüz ittihamlarından sonra rolunu itirdi

05.08.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Aktyor Cared Letonun siyasi trillerdəki rolundan uzaqlaşdırıldığı iddia edilib.

Axşam.az xəbər verir ki, aktyor Barri Levinsonun rejissoru olduğu "Qətl" ("The Murder") filmində yer almalı idi. Lakin layihəyə yaxın mənbələrin məlumatına görə, Leto barəsində səslənən cinsi zorakılıq ittihamları fonunda filmdə rol almayacaq.

Bildirilib ki, 2025-ci ildə aktyorun layihədə iştirakı ilə bağlı danışıqlar aparılıb və onun rolu demək olar ki, razılaşdırılıb. Ancaq filmin yaradıcı heyəti daha sonra bu qərarından imtina edib.

Mənbələr iddia edir ki, komanda aktyorla bağlı ittihamlardan xəbərdar olub və müzakirələr aparıb. Qərara isə ittihamların sayının artmasından sonra verildiyi bildirilib.

Qeyd edək ki, "Qətl" filmi ABŞ prezidenti Con Kennedinin sui-qəsdini araşdıran jurnalist Doroti Kilqallenin müəmmalı ölümü barədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью