Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran istənilən hərbi təcavüzə təəssüf doğuracaq cavab verəcək.
Redaktor.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
"Son aylarda bu iki aktorun (ABŞ və İsrail - red.) təhdidləri və yalan iddiaları gündəlik olaraq təkrarlanır. Lakin region ölkələri təhlükəsizliyin "yoluxucu" bir fenomen olduğunu və qeyri-sabitlik hədəfinin yalnız İranla məhdudlaşmayacağını yaxşı bilirlər.
Yerli imkanlara və dəyərli keçmiş təcrübələrə, xüsusən də Xordad qəhrəmanlıq döyüşünə güvənən İran hər zamankindən daha hazırlıqlıdır və hər hansı mümkün təcavüzə hərtərəfli, qətiyyətli və təəssüf doğuracaq cavab verəcək", - deyə mətbuat kativi vurğulayıb.
O əlavə edib ki, fərdi mesajlar diplomatiyanın yerini tuta bilməz.
"Qərb təxribatı Davos sammiti çərçivəsində diplomatik görüşün keçirilməsinə mane oldu", - deyə sözçü xarici işlər naziri Abbas Əraqçinin dəvətinin ləğvinə münasibət bildirib.
İ.Bəqainin sözlərinə görə, İran müdafiə sektorunda Rusiya və Çinlə fəal əməkdaşlıq etməyə davam edir.