Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Yetkinlik yaşına çatmayan, miopatiyadan (əzələ xəstəliyi, əzələ zəifliyi ilə müşahidə olu
Oxu.Az xəbər verir ki, Tutuxanım Fərzəliyeva bu barədə özü ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində danışıb.
Tutuxanımın sözlərinə görə, 2024-cü ildə cinsi təcavüzə məruz qalıb: "Həmin vaxt 18 yaşım tamam deyildi.
Bundan sonra oğlanın anası məni oğlu ilə evləndirmək istəyir. Deyir, iki aydan sonra ayrılarsan, deyərsən, qayınanam yola vermədi.
Qohumlarım isə məni danışdırmırlar. Elə bilirlər, mən həmin oğlana qoşulub qaçmışam. Mən isə üç ilə yaxındır ki, yeriyə bilmirəm.
Bir nəfər də soruşmadı ki, ay bala, sən gəzə bilmirsən, necə qaçmısan?!" Qız deyir ki, oğlanın anası onu nikaha məcbur edərək hədə-qorxu gəlib: "Mənim buna razılığım yoxdur.
Bu il yanvarın 18-i nikah olmalı idi. Mən isə pensiya alacağım üçün xəstəxanada yatırdım.
Oğlanın anasına dedim ki, məni gəlib götürsəniz, qışqıracağam, məcbur apardığınızı deyəcəyəm. O isə məni hədələdi.