TƏCİLİ: ABŞ İrana 900 kiloqramlıq bombalar atdı KONKRET

31.03.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ hərbçiləri İsfahanda yerləşən böyük sursat anbarına zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, hücum zamanı bunker tipli möhkəmləndirilmiş obyektləri dağıtmaq üçün nəzərdə tutulan, çəkisi təxminən 900 kiloqram olan çoxsaylı bombalardan istifadə edilib.

Mənbənin sözlərinə əsasən, zərbə zamanı iri sayda nüfuzedici (yeraltı sığınacaqları deşən) döyüş sursatı tətbiq olunub.

Hadisənin nəticələri ilə bağlı hələlik rəsmi və dəqiq təsdiqlənmiş məlumatlar məhduddur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью