TƏCİLİ! ABŞ İrana zərbə endirdi

13.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

İranın Hörmüzgan əyalətində yerləşən Sirik şəhəri ABŞ-nin zərbəsinə məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Zərbə nəticəsində dağıntıların, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib. Bakıda online alış-veriş

"Azad İran" "Telegram" kanalının məlumatına görə isə son saatlarda şəhər sakinləri bir neçə dəfə partlayış səsi eşidiblər. Səslərin mənbəyi hələlik müəyyən edilməyib.

Bir sıra mənbələr səslərin gəmiçilik qaydalarını pozan gəmilərə xəbərdarlıq məqsədilə açılan atəşlə bağlı ola biləcəyini bildiriblər.

Qeyd edək ki, daha əvvəl İran ordusu Hörmüz boğazında iki neft tankerində partlayış baş verdiyini açıqlayıb./Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью