Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Baza” media layihəsinin baş redaktoru Qleb Trifonovun saxlanması 2024-cü ilin dekabrında Çeçenistan üzərində vurulan AZAL-a məxsus sərnişin təyyarəsinin işinə bağlı ola bilər.
Globalinfo.az-ın məlumatına görə, bu barədə Rusiyanın bir sıra teleqram kanallarında məlumat yayılıb.
Bildirilir ki, Trifonovun həbsi pilotların danışıqlarının stenoqramının yayımlanması ilə əlaqələndirilir.
Məlumatda qeyd olunur ki, istintaq orqanları Trifonovu məhdud girişli məlumatların əldə olunması və yayılmasında ittiham edə bilər.
Bildirilir ki, yayımlanmış stenoqram materialları AZAL təyyarəsi ilə bağlı işin istintaq gedişinə ciddi təsir edə və ictimai rəyə yön verməyə xidmət edə bilərdi.
Tahir Turan Globalinfo.az ***21:36 “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov və onun həmkarı Moskvada rüşvət üstündə saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.