Təcili: AZALın təyyarəsinin qəzadan əvvəl hücuma məruz qaldığı məlum olub

26.12.2024

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AZAL-ın təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Caliber" məlumat əldə edib.

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi vasitəsilə hücuma məruz qalıb.

Bundan əlavə, Rusiyanın elektron müharibə (REB) sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub.

Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və yalnız Xəzər dənizi ərazisində siqnal bərpa edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью