TƏCİLİ! Azərbaycanda zavodda güclü partlayış oldu

27.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.

"Yeni Sabah" Musavat.com-a istinadla xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən "Metaltexnoloji" MMC-nin ərazisində baş verib.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub. Online alış-veriş

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Metaltexnaloji" MMC 2009-cu ildə əlvan və qara metal istehsalı müəssisəsi kimi yaradılıb. Zavodda 2019-cu ildən istehsal sahələrinin modernləşdirilməsi və qara metallurgiya üzrə yeni kompleksin qurulması istiqamətində işlər aparılıb. Müəssisə 2022-ci ildən "Metaltexnoloji" MMC adı ilə fəaliyyət göstərir.

Məlumatda şirkətin iş adamı Hafiz Seyidova məxsus olduğu bildirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью